“APARAT RƏHBƏRİ ölkədən QADINLA QAÇIB” – 170 minlik qalmaqalda yeni detallar
Vəkilin sözlərinə görə, S.İmanov ona qarşı şikayətlərin, ittihamların səslənəcəyini ölkədən çıxmamışdan öncə bilirmiş: “Hüququnu müdafiə etdiyim şəxs onun qaçdığını bilirdi. Yanvarın 31-də Bakı-İstanbul reysi ilə Türkiyəyə qaçıb. Oradan hansı ölkəyə getməsi ilə bağlı məlumat yoxdur. Səfər İmanov Hicran xanımın dayısı oğludur. Hər halda onun harada olduğunu və Azərbaycandan qaçdığını bilməmiş olmaz. Şikayətçi olan şəxs deyir ki, Səfər İmanov qaçmamışdan öncə Azərbaycanda adına olan bütün mülklərini satıb”.
A.Məmmədov əlavə edib ki, komitə ilə bağlı şikayətçilərin ərizələri müvafiq qurumlara göndəriləcək.
Qeyd edək ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və keçmiş aparat rəhbəri S.İmanov dələduzluqda ittiham olunur. Sözügedən şəxslərin adının hallanmasını istəməyən sahibkardan icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə 170 min ABŞ dollar aldığı iddia olunur.