İCRA başçısı qadınları təbrik etdi FOTOLAR
8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib. AzerTaym.az xəbər verir ki, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edib. O, 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verib, bildirib ki, 105 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. Bakının mərkəzi rayonu olan Nəsimi rayonunda əhalinin 50,5 faizini qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Asif Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatıb.