Mingəçevirdə MUSTAFA Muradov KABUSU

bitmap-img6

Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mustafa Muradov "Aztelekom"un yeni rəhbərini deyil, nazirliyin içində özünə dəstək tapmağa çalışır.

Rabitə və İnformasiya Texnoloğiyalar Nazirliyinin “Aztelekom” İB-nin Mingəçevir Telekommunikasiya Qovşağında baş alıb gedən neqativ hallar haqqında istər şəhər rəhbərliyinin, istərsə də aidiyyəti nazirliyin xəbəri olsa da, bu vəziyyəti törədən qovşağın rəisi Mustafa Muradov haqqında tədbir görən yoxdur. 
AzerTaym.az  jam.az-a istinadən xəbər verir ki Mingəçevirdən daxil məlumata görə, şəhər TKQ-nın rəisi Mustafa Məmmədov özünə yeni himayəçi axtarışına çıxıb. Vaxtı ilə "Aztelekom" İB-nın sədri Məhəmməd Məhəmmədovun ən yaxın adamlarından biri olan Muradov, himayəçisinin həbsindən sonra cidid şəkildə əl-ayağa düşdüyü deyilir. 
Saytımıza göndərilən məlumatda vurğulanır ki, bir vaxtlar Məhəmməd Məmmədova arxalanan Mustafa Muradov Mingəçevir Telefon Qovşağını sözün həqiqi mənasında talayıb. Həmin vaxtlar qovşaq rəisinin aylıq qazancının 10 min manat yaxın olduğunu və bu pulun bir hissəsini Məhəmməd Məmmədova verdiyi qeyd olunur. 
Şəhər sakinlərinin ididasına görə, Musataf Muradovun əsas qazanc yeri "Aztelekom" İB-dən Qovşağa köçürülən yüzmin manatlarla vəsaitlərin silinməsi olub. Bundan başqa Mingəçevir şəhər rabitə xətlərinin yenilənməsi və fiber optik kabellərin çəkilişi üçün ayrılan milyonlarla manat vəsaitlərin bir hissəsi məhz qovşaq rəisi ilə Məhəmməd Məmmədov arasında bölüşdürülüb. 
Hətta Mustafa Muradovun hazırda həbs olunan "Aztelekom" şefi ilə isti münasibətlərindən istifadə edərək bir neçə il bundna öncə Mingəçevir telekommunikasiyaya qovşağına məxsus yardımçı təsərrüfatlarının ərazilərini sataraq böyük pullar qazanıb. İddiaya görə, qovşaq rəisi yardımçı təsərrüfatın torpaq sahələrini qanunsuz özəlləşdirəərk sahibkarlara və yaşayış evi tikmək istəyən şəxslərə baha qiymətə satmaqla dövlət əmlakını talayıb. Mustafa Muradovun bu əməllərini isə "Aztelekom" İB rəisi Məhəmməd Məmmədov ört basdır etməklə bərabər, bir çox qanunsuz maxinasiyaların sənədləşdirilməsinə də yardımçı olub. 
Verilən məlumatda qeyd olunur ki, qovşaq rəisi fiber optik kabbellərin çəkilməsi, yeni elektronik ATS-in quraşdırılması, yardımçı məntəəqələrin tikilməsi və sair işlərə görə ayrılan milyonlarla manat vəsaitin bir hissəsinin pulunu nəğd şəkildə "Aztelekom" İB-in hazırda həbsdə olan sədrinə verib. Məsələnin maraqlı tərəflərindən biri isə ondan ibarətdir ki, Mustafa Muradovun qovşağına vəsaitlərin ayrılmasında və silinməsində daha bir şəxs, hazırda korrupsiya, dövlət əmlakını mənimsəmə ittihamları ilə həbsdə yatan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovda mühüm rol oynayıb.
Təkcə 2008-2014 cü illər ərzində Mingəçevir şəhər Telekommunikasiya Qovşağına yuxarıda sadaladığımız işlərin görülməsi və müxtəlif ehtiyyat hissələrinin alınması və sair işlər üçün üst-üstə 10 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitin bir hissəsi isə qovşağın daxili hesabına yığılan pullardan ödənilib. Belə ki, Mingəçevir şəhərində telefon və internet istifadəçilərindən hər ay yığılna abunə vəsaitlərin bir hissəsi işçilərin əmək haqqlarına, yerdə qalan hissəsi isə sadaladığımız işlərin görülməsinə "yönəlib". 
  Mustafa Muradov gördüyü bütün işlərin qiymətini ən azı 5 dəfə şişirdərək dövlətin külli miqdarda vəsaitini mənimsəyib. Ona bu mənimsəmədə isə əsas himayəçiliyi və arxayınçılığı "Aztelekom" İB-in keçmiş rəisi Məhhəmməd Məmmədov və Rabitə nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov olublar. Şəhər sakinləri bildirirlər ki, Mustafa Muradovun hər iki himayəçisi hazırda dövlət əmlakını talamaqda, vəzifəsindən sui istifadə edərək şəxsi məqsədləri üçün qazanc əldə etmək maddələri ilə həbs olunublar. İdiaya görə, qovşaq rəisi ilk əvvəl Mingəçevir icra başçısının himayəsinə sığınmaq istəyib. Lakin Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunduqdan sonra Mustafa Muradov adı çəkilən nazirlikdə özünə daha etibarlı və güclü himayəçi axtarışına çıxıb. Artıq onun rabitə nazirliyində bir neçə məmurla görüşərək kömək istədiyi deyilir. 
Qeyd olunur ki, Mustafa Muradov "Aztelekom" İB direktoru vəzifəsinə Zahir Vəliyevin təyin edilməsində çox maraqlı olub. Çünki hazırda qurumda Məhəmməd Məmmədovdan sonra onun ən yaxın adamı Zahir Vəliyev qalıb. 
Mingəçevir Telekommunikasiya Qovşağ rəisinin həyata keçirtdiyi maxinasiyalarla bağlı saytımıza göndərilən ilginc məlumatları yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. 
Qarşı tərəfi dinləməyə hazırıq.
AzerTaym.az






Fikirlər