Azərbaycan aeroportlarında təhlükəsizlik TƏDBİRLƏRİ gücləndirildi
“Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.
AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ANS PRESS-ə verdiyi məlumata görə, bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında baş verən terror aktı fonunda “Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.
Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib.
Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlanılır və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.