18.08.2014- Bakı aeroportunda daha bir qalmaqal
Belə ki, 25-ə yaxın sərnişin öz yüklərini ya tamamilə ala bilməyiblər, ya da yüklərin bir hissəsi onlara verilib. Bakı hava limanının görəvliləri sərnişinlərə bildiriblər ki, “yükləriniz Sabiha Gökçən hava limanında qalıb”.
Məlumata görə, Bakı hava limanının əməkdaşlarından heç kəs baş vermiş bu hadisənin səbəblərini sərnişinlərə normal şəkildə izah etməyib. Hələlik sərnişinlərə verilən məlumat yalnız ondan ibarətdir ki, Türkiyənin Sabiha Gökçən hava limanında qalmış yüklər növbəti reyslə gətiriləcək. Buna baxmayaraq sərnişinlər öz əşyalarina görə ciddi şəkildə narahatdır.
Musavat.com-un əməkdaşı bu qeyri-adi hadisə ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxlayıb.
M.Səfərlinin sözlərinə görə, bu kimi hadisələr hər zaman ola bilər: “Bu, normal haldır. Böyük bir problem deyil. Yəqin ki, sərnişinlərin yükləri bir az gecikdiyi üçün problem yaranıb. Yüklər növbəti reyslə göndəriləcək. Heç bir sərnişinin yükü itməyəcək. Buna tam əmin ola bilərsiniz”.