Cəmil Həsənli XALQ yazıçısı ilə VİDA mərasiminə getdiyinə görə qınanır

Cəmil Həsənli xalq yazıçısı ilə vida mərasiminə getdiyinə görə qınanır

Xalq yazıçısı Maqsud İbrahibəyovla vida mərasimində Milli Şuranın sədri Cəmil Həsənli də iştirak edib. Musavat.com xəbər verir ki, Cəmil Həsənlinin bu addımı bir sıra sosial şəbəkə istifadəçilərin qınağı ilə qarşılanıb. 

Cəmil Həsənlinin özü isə bu addımına haqq qazandırıb. Facebook istifadəçilərindən Orxan Məmməd Cəmil Həsənliyə sual ünvanlayaraq, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov amansızcasına qətlə yetiriləndən sonra bunu sevinclə qarşılayan Maqsud İbrahimbəyovla vida mərasiminə niyə getdiyini soruşub. Ona başqa istifadəçilər də qoşulublar və Cəmil Həsənliyə qarşı ittihamlar səsləndiriblər.
Cəmil Həsənli də məsələyə münasibət bildirib. O, Maqsud İbrahimbəyova borcunu qaytardığını yazıb: “Bir neçə il əvvəl mənim oğlum avtomobil qəzasında həlak olanda rəhmətlik iki dəfə gəlib bizim hüzr məclisində iştirak etmişdi. Azərbaycan şəraitində xeyir-şərin borc olduğunu yəqin ki, bilirsiniz”.
Cəmil Həsənli onu qınayanları bolşevizmdə günahlandırıb. 
AzerTaym.az
 

 






Fikirlər