C.HƏSƏNLİ yenidən Milli Şuraya sədr seçildi - (Yenilənib)
C.Həsənli onu da vurğulayıb ki, hakimiyyət strateji vəzifə kimi 2013-cü ildən bəri Milli Şuranı dağıtmağı qarşısına məqsəd qoyub, lakin buna nail ola bilməyib.
“Azərbaycanda iqtidar-müxalifət kimliyi heç vaxt indiki qədər aydın olmayıb. Artıq cəmiyyət üçün bu mövzuda qaranlıq qalan məqam yoxdur”, - deyə Cəmil Həsənli qeyd edib.
Milli Şura sədri onu da bildirib ki, Azərbaycan xalqı konstitusiya ilə ona verilmiş hüquqlardan məhrum edilib və Milli Şuranın vəzifəsi bu hüquqları xalqa qaytarmaqdır.
…Azvision.az-ın məlumatına görə Milli Şuranın bugünkü sessiyasında quruma sədr seçkisi də keçirilib.
Hazırkı sədr, professor Cəmil Həsəhnli növbəti bir il üçün yenidən Milli Şuranın sədri seçilib.
* * * 14:14
Milli Şura növbəti sessiyasını keçirir.
Azadliq.info-nun məlumatına görə. sessiyanın gündəliyinə iki məsələ daxil edilib:
- ictimai-siyasi vəziyyətin müzakirəsi;
- qurumun 2015-ci il üçün fəaliyyət planının qəbulu.