Deputat iki dövlət qurumuna müraciət etdi, həmkarları isə...

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.<p">

 

Modern.az-ın məlumatına görə, komitə sədri Eldar İbrahimov məcəlləyə dəyişiklik edilməsi barədə danışıb. <p">Deputat bildirib ki, Torpaq Məcəlləsinə edilən bu dəfəki  dəyişiklikdə əsas məqsəd pay torpaqlarına görə cinayət məsuliyyətinin yaradılmasıdır:<p">“Bu gün qanuna edilən dəyişikliyin əsas məqsədi əvvəlki redaksiyadan fərqli olaraq pay torpaqlarına görə qanunu pozmuş şəxslərin mülki və inzibati məsuliyyətdən əlavə cinayət məsuliyyətinə cəlb olunmasıdır”. <p">Çıxış edən Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev pay torpaqlarının istifdəsində olan qanunsuzluqlara görə 2 dövlət orqanına müraciət edib:<p">

“Bizim komitə dəfələrlə torpaqların monitorinqinin keçirilməsi ilə bağlı təkliflə çıxış edib. Burada məqsd kimlərinsə hüquqi məsuliyyətə cəlb olunmasında deyil. Söhbət həmin torpaqların təyinatı üzrə lazımi şəxslərə verilməsi və təyinatı üzrə istifadə olunmasından gedir. Dövlət Əmlak Komitəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirəm ki, torpaqların monitorinqi ilə bağlı ortaq komissiya yaratsınlar.

Bu gün hektarlarla torpaq var ki, hasarlanıb və təyinatı üzrə istifadə olunmur”.<p">Deputat Cavanşir Paşazadə deyib ki, kəndlilər olara aid olan torpaqları pay torpaqları kimi görmür: <p">“Bu gün cənub zonasında insanlar onlara təyinatı üzrə verilən torpaqları özlərinin pay torpağı kimi görmürlər. Çünki zaman keçdikcə kimin gücü çatıbsa başqalarının torpağını zəbt edib”. <p">Deputat Tahir Süleymanov bu gün hektarlarla torparların qeyri-qanuni zəbt olunmasını vurğulayıb:<p">

“Şabranda 100 hektarlarla torpaq müəyyən şəxslər və ictimai təşkilatlar tərəfindən alınıb və hələ də istifadə olunmur. Şabran və Siyəzən rayonunda hektarlarla torpaqlar zəbt olunub, hasarlanıb, bəzi yerlərdə isə kənd təsərrüftaı üzrə deyil, başqa təyinatlar üzrə istifadə olunur”.<p">

Komitənin üzvü Novruzəli Aslanov torpaqların alqı-satqı müqavilələrində olan boşluqla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib:

<p">

“Torpaqların alqı-satqı müqavilələrində torpaqlara qulluq edilməsi, eroziyadan, təbiət hadisələrindən qorunması icbari xarakter daşımalıdır. Lakin indiki qanunvericilikdə bu icbari xarakter daşımır. Ona görə də kəndlilər onlara verilən pay torpaqlarına qulluq etməkdə maraqlı deyillər.

Hesab edirəm ki, məhz bu məsələdə qanunvericiliyə müvafiq olaraq dəyişiklik edilməlidir”. <p">Çıxış edən deputat Hüseynbala Mirələmov deyib ki, heç kəs torpaqları zəbt edə bilməz:<p">

“Heç kim torpaqları zəbt edə bilməz. Adi bir daş qoyan kimi aidiyyatı şəxslər ora gəlib çıxır. Pay torpaqları alıb istifadə etməyən insanlardan bunu nə üçün istifadə etmədiyini soruşsaq, bu problemlərin əsas özəyini tapmış olarıq”.<p"><p">

Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.<p">

<p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;"><p" style="font-family: tahoma; font-size: 12px; line-height: normal; word-spacing: 0px;">

Ağa AKİFOĞLU <p">  <p">  <p"> 






Fikirlər