Azərbaycanı beş xarici şirkət tərk edir – SİYAHI
Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur. AzerTaym.az-ın məlumatına görə, bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunlardan biri “Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər. İkincisi – “Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək. Üçüncüsü – “ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 8 ünvanına bildirə bilərlər. Dördüncü şirkət – “NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək. Nəhayət, 5-ci şirkət “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildirə bilərlər.
Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var.