Azərbaycanda iki ASC ləğv olundu –NAZİRLİK qərar verdi
Azərbaycanda Açıq Səhmdar Cəmiyyət (ASC) formasında fəaliyyət göstərən 2 müəssisə ləğv olunduğunu elan edib. Bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.Bu müəssisələrdən biri "Gəncə Yağ-Piy" ASC-dir. Kreditorlar tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti,53 ünvanına bildirə bilərlər.Digər müəssisə isə "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC-dir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi,78A ünvanına bildirə bilərlər.