Müdafiə Nazirliyi: Düşmənin manevr edən zirehli texnikası bölmələrimiz tərəfindən MƏHV EDİLİB

Картинки по запросу DÜŞMƏNİN ZİREHLİ TEXNİKASI MƏHV EDİLİB – Müdafiə Nazirliyi

Azərbaycan Ordusu sərəncamında olan istənilən ən müasir silahdan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq gücündədir.

Bunu Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı “SPIKE” tipli tank əleyhinə idarə olunan raketdən istifadə olunması barədə erməni mətbuatında yer alan məlumatlara cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkarlanaraq dərhal məhv edilib.

“Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

AzerTaym.az






Fikirlər