ÖLKƏdə müəmmalı XƏSTƏLİK TÜĞYAN edir: Nazirlik SUSUR!

Qış mövsümü ilə əlaqədar Azərbaycanda kütləvi soyuqdəymə xəstəliyi yayılıb.

Əsasən uşaqlar arasında müşayiət olunan bu xəstəlik ilk əlamətlərini öskürək, ürəkbulanma və daha sonra qızdırma ilə göstərir. Uzun müddət davam edən soyuqdəymə kəskin ağırlaşmaya da səbəb ola bilir. Müşahidələr də onu göstərir ki, soyuqdəymə ilə əlaqədar həkimə müraciət edənlərin sayı artıb. İctimaiyyət arasında yayılan məlumatlara görə isə Azərbaycanda təhlükəli qrip epidemiyası yayılıb. Bildirilir ki, ölkədə qrip virusu sürətlə yayılıb və bu epidemiya səviyyəsinə çatıb. 

Tanınmış pediatr Vaqif Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə mövsümlə əlaqədar olaraq soyuqdəymə yayılıb:

İnsanlar arasında yayılan qrip epidemiyası deyil. Bu anlayış bir qədər ciddidir. Əgər kollektivdə iki-üç nəfər xəstələnirsə, buna epidemiya deməyək. Mövsümlə bağlı bu xəstəliklər olmalıdır. Biri var soyuqdəymə, bir də var qrip... Qrip özünün törədicisi olan xüsusi virus xəstəliyidir. Hətta o virusların adları da var - A, B, C... Hərəsinin də öz ştampı var. Çox ağır gedişatdır və ciddi fəsad verən xəstəlikdi. Vaxtilə milyonlarla insanın həyatını aparan bir xəstəlikdir. Bizdə burnu tutulana da deyirlər ki, qripdi. Hətta həkimlər də ö ifadəni işlədir. Amma düzgün deyil, qrip ayrıca bir xəstəlikdir, özünün gedişatı, xüsusi müalicə, yanaşma tələb edən bir xəstəlikdir. Həm də açırlaşmaları ilə çox təhlükəli bir xəstəlikdir. Ona görə qrip deməyək. Qrip həm də Dünya Səhiyyə Təşkilatı tərəfindən nəzarətdə olan və izlənilən xəstəlikdir. Allah etməmiş epidemiya şəklini alsa, hansı ölkədə yayılmasından asılı olmayaraq Dünya Səhiyyə Təşkilatına məlumat verilir. O təşkilat da qabaqlayıcı tədbirlər və epidemiyanın lokallaşdırılması üçün mütləq işlər görür. İndiki xəstəliyə gəlincə, təxminən iki-üç həftə əvvəl Səhiyyə Nazirliyinin rəsmiləri müayinələrdən gəldiyi nəticələrə əsasən bəyan etdilər ki, ölkədə qrip virusu aşkarlanmayıb. Yəni başqa bir virus aşkarlanmışdı ki, ona da qrip deməyək. İndiki xəstəlik epidemiya səviyyəsində deyil, amma yayılıb. Xüsusən, bu uşaqlar arasında geniş yayılıb. Özü də indi bir neçə virus müşahidə olunur ki, orada adi soyuqdəymə, yuxarı tənəffüs yollarını zədələyən, eləcə də mədə-bağırsağı zədələyən viruslar, burun tutulması, öskürək var. Bu mövsümlə bağlı gözləniləndir”.
 Related image

Pediatr yayılmış viruslarla bağlı tövsiyyələrini də bildirib. O, deyib ki, kiçik yaşlı, xüsusən, 1 yaşına qədər olan uşaqlarda qızdırma olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Çünki körpə uşaqlar qızdırmaya dözümsüzdür və sonra ağırlaşma verəcək:

Valideynlər bilməlidir ki, anındaca ya normaya salmaq düzgün deyil, çünki qızdırma o deməkdir ki, orqanizm onunla mübarizəyə artıq başlayıb. Sadəcə, uşaq orqanizmində mübadilə sistemi kompleksi çox zəif olduğuna görə ağırlaşma tez olur. Valideynləri narahat edən nədir? Siz deyən dərmanı verdim, qızdırma normaya düşmədi. Normaya düşməyəcək. Bir dərəcə düşdüsə, bu artıq effektdir. Normaya salmağın mənası yoxdur, çünki yüksək qızdırmada orqanizm özünü sintez edir. Virusa qarşı orqanizm həm də özü mübarizə aparır. Sadəcə, biz qızdırmasalıcı dərmanları ona görə veririk ki, körpə uşaqlarda başqa fəsadlar yaranmasın. Valideynlər ən çox bunun üçün narahatdır ki, qızdırma iki-üç gün düşmür. Bu elə də olacaq, çünki virusun spesifik xüsusiyyəti odur ki, o insan orqanizmində yaşamalıdır, sonra yavaş-yavaş keçib gedəcək. Əsas odur ki, ağırlaşmaların qarşısını ala bilək. Ona görə valideynlər özünü müalicə ilə məşğul olmamalıdırlar. Həkimə əli çatmırsa, qızdırmasalıcı dərman kimi parasetamol verə bilərlər. Amma qalan bütün hallarda həkimə müraciət edə bilərlər. Virus infeksiyasında antibiotiklər qəti qadağandır. Çünki antibiotiklər orqanizmin immunitetini daha da öldürür, virus başını qaldıra-qaldıra gedir. Valideynlər əsasən aptek satıcılarının məsləhətlərinə əməl edirlər, nəinki həkimlərin... Gedib deyirlər ki, uşağın qızdırması var. Bir anda iki-üç antibiotik alırlar. Aptek işçiləri də anlamalıdır ki, qızdırmanın bir neçə səbəbi var. Virus infeksiyasında antibiotiklər olmaz! Bundan əlavə antibiotiklər təkcə ağırlaşmalar vermir, həm də başqa-başqa fəsadlar törədir. Antibiotiklərin təsiri qanı parçalayana qədər ürəyə gedir. Ona görə də özbaşına antibiotiklər vermək olmaz. Bu çox ciddi və ağrılı bir məsələdir. Amma heç kim səsimizi eşitmir və hərə öz bildiyi kimi müalicə aparır. Maraqlıdır ki, çoxu təhsilli analardır, amma niyə həkimə inanmırlar, anlaşılan deyil”.

Image result for pediatr vaqif qarayev

Həkim qeyd edib ki, indiki öskürəklər tutmaşəkilli, boğucu formada gedir:

Bu uşaqlarla yanaşı, böyükləri də incidir. Öskürəyin də müxtəlif formaları var. Bəlğəmli, boğucu, quru öskürəklər var. Xüsusən, körpə uşaqlarda öskürəyi gərək həkim müayinə etsin. Əsasən həkimin müayinə və müalicəsi ilə bronxdakı spazmanı aşmaq lazımdır. Yoxsa, heç bir dava-dərman ona kömək edə bilməyəcək. Bronxdakı vəziyyəti isə yalnız həkim anlaya bilər, başqa heç kim... Bu mənada öskürək dərmanının hansınısa qəbul etməyi də həkim təyin edə bilər. 

Bundan əlavə valideynlər uşaqlarına çoxlu maye içirtməli, yeməklərində meyvə-tərəvəz istifadə etməli, vitaminli yeməklər yedirtməlidirlər. Uşaqlara nisbətən böyüklərdə ağırlaşmalar azdır. Bəzən körpə uşaqlarda bir günün içərisində çox ciddi ağırlaşmalar ola bilir. Təkrar olaraq qeyd edim ki, indiki soyuqdəymələr qrip deyil, çünki müayinələrdə o virus çıxmır. Uşaqlarda özünümüalicə qətiyyən olmaz. Antibiotik həkimsiz yolverilməzdir. Əsas məsələ isə ondan ibarətdir ki, xəstə uşaq kollektivə getməməlidir. İlk növbədə ona görə ki, məktəbə və ya bağçaya gedə-gedə özü gec sağalır, ağırlaşmalar artır. İkinci isə sağlam uşaqları yoluxdurur. Bunu valideynlər, məktəbdəki pedaqoqlar, bağça rəhbərliyi də anlamalıdır. Amma nədənsə bunun qarşısını almaq olmur. Bu epidemioloji baxımdan düzgün deyil”.

Cebhe.info

 

 






Fikirlər