QƏZET NƏŞRİ üçün idxal olunan KAGIZ ƏDV-dən azad olunacaq? - RƏSMİ AÇIQLAMA

 

Nazirlər Kabineti qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

AzerTaym.az-ın Trend-ə istinadən məlumatına görə, qəzet çapı üçün nəzərdə tutulan kağızın əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələyə müvafiq dövlət dövlət orqanlarının iştirakı ilə Nazirlər Kabinetində baxılıb.

ergi sahəsində tətbiq edilən azadolmaların minimuma endirilməsi istiqamətində aparılan ardıcıl siyasət baxımından və bu sahədə beynəlxalq təcrübə də nəzərə alınmaqla qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı ƏDV-dən azad olunması məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda, Azərbaycan Respubikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, “Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı”na bu il yanvarın 1-dən 0 faizli gömtrük rüsumu tətbiq edilir.

 Vergi Məsəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin alqı-satqısının bütün növləri üzrə dövriyyələri, mətbu kütləvi informasiya vasitələri məhsulları ilə bağlı redaksiya, redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti üzrə (reklam xidmətləri istisna olmaqla) ölkədaxili əməliyyatlar ƏDV-dən azaddır.

 






Fikirlər