Adil Əliyev iş adamını vitse-prezident təyin etdi - Foto
"AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev iş adamı Səbuhi Rəcəbi federiyasının peşəkarlar üzrə vitse-prezidenti təyin edib. Bu barədə məlumat verən federasiyasının prezidenti Səbuhi Rəcəbin hər zaman federasiyanın yanında olduğunu söyləyib: "O, idmançılarımızı daim dəstəkləyib, bundan sonra federasiyanın fəaliyyətində daha yaxından iştirak edəcək. Buna görə də, S.Təcəbi öz aramızda görməyimizdən məmnunuq".
AKF-nin baş katibi Oruc Məmmədli də Səbuhi Rəcəbin təyinatı federasiyanın fəaliyyətinin daha da güclənəcəyini bildirib.
Səbuhi Rəcəb isə 15-ildən çoxdur ki, kikboksla məşğul olduğunu, belə bir məsuliyyətli təyinat üçün Adil Əliyevə federasiyasının rəhbərliyinə və öz təşəkkürünü çatdırıb.
Xatırladaq ki, S.Rəcəb əvvəllər Azərbaycan Sambo Federasiyasında vitse-prezident, hal hazırda isə Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezidentidir. Sahibkarlar Konfederasiyasının üzvüdür.
Ailəlidir 4 övladı var.