Rektor GƏRAY Gəraybəyli imtahanla bağlı göstərişlər verdi
ATU rəhbərliyinin imtahan nəzarətçiləri ilə görüşü keçirilib AzerTaym.az ATU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki Bu gün Azərbaycan Tibb Universitetində (ATU) yay sessiyası imtahanlarına hazırlıqla bağlı müzakirə aparılıb. Universitetin rektoru, professor Gəray Gəraybəyli imtahan nəzarətçiləri ilə görüşərək sınaq prosesinə hazırlıq işləri ilə tanış olub, imtahanların yüksək səviyyədə təşkili üçün qarşıda duran məqsədlər haqqında danışıb. Rektor qeyd edib ki, iyun ayının 1-dən 21-dək ATU-da attestasiya, yekun dövlət imtahanları və buraxılış işlərinin müdafiəsi keçiriləcək: “Hər tədris ilinin sonunda bu proseduralar verilir. Lakin bu il Tibb Universiteti dövlət imtahanları ilə bağlı xeyli yeniliklər tətbiq edib. Bunlardan biri də beynəlxalq standartlara uyğun olaraq Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan sistemi ilə imtahanların keçirilməsidir. Artıq yeni sistemin tətbiqi ilə bağlı treyninqlər keçirilib. İstənilən halda, OSKİ bizim üçün yeni üsuldur və prosesin təkmilləşdirilməsi davam etməlidir”. Professor Gəray Gəraybəyli bildirib ki, həmişə olduğu kimi qarşıda duran əsas məsələlərdən biri tələbələrə qarşı xoşməramlı münasibətin qorunub saxlanmasına nail olmaqdır: “Bununla bağlı universitetimizin xüsusi dəsti-xətti olub, belə də davam edəcək. İmtahanlar tam obyektiv şəaitdə keçirilməlidir, tələbələrə qarşı qayğı göstərilməlidir. Biz bu strategiyamıza sadiq olmalıyıq”.Daha sonra ATU-nun tədris hissə müdiri, dosent Nəsimi Qasımov çıxış edərək imtahanlara hazırlıq işlərinin gedişi ilə bağlı müvafiq sənədləri iştirakçıların diqqətinə çatdırdı. ATU-nun metodik0innovasiya şöbəsinin müdiri Akif Qurbanov Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev imtahana mövcud hazırlığın vəziyyəti haqqında danışdı. Sonda prosesin daha da təkmilləşdirilməsi ilə bağlı imtahan nəzarətçilərinin təklifləri dinlənildi.