NAZİR ONU RƏİS TƏYİN ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.
AzerTaym.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Elman Cəfərov vəzifələrindən azad ediliblər.
Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi.