“KƏBİNİ QƏBUL ETMİRƏM, məndən 8 min nəfər ayrılıb” – ADNAN OKTAR
İstanbul Maliyyə Cinayətləri üzrə Mübarizə Şöbəsinin Adnan Oktar və qruplaşmasına qarşı təşkil etdiyi əməliyyatda 169 nəfər həbs olunmuşdu. Oktardan soruşulmuş suallardan biri pasportunun olub-olmadığıdır. “Heç vaxt ölkədən kənara çıxmadım, kommunistlərin basqılarına görə, İstanbul Fəlsəfə Elmlərini üç il oxuya bildim” – deyən A.Oktarın əməliyyatda ələ keçirilmiş, heç yerdə işləmədiyi halda mənbəyi bilinməyən nəğd pulları ilə bağlı da dəqiq cavab verməyib. O, deyib ki, hansısa şirkəti yoxdur, sadəcə, yazıçılıq edir və aylıq 3.000-3.500 lirə arası pul qazanır. Oktar istintaq vaxtı heç bir mühasib, kassa və ya maliyyə qurumunun olmadığını bildirib. O, qazandığı bütün pulları cibinə qoyduğunu və heç bir bankda saxlamadığı ilə bağlı ifadə verib. Hətta anasından bəzən xərclik üçün pul aldığını da vurğulamış Oktar “yaxşı dostlardan ibarət qrup” olduqlarını deyib. “Müsəlman olmaq demək onsuz da biri-birini qorumaq, cavabdeh olmaqdır. Bu, Allaha verilmiş bir sözdür, başqa and yoxdur” – şəklində ifadə vermiş Adnan Oktar imam nikahını da qəbul etmədiyini, 8 min nəfərdən çox tanışının ondan ayrıldığını bildirib. O, İslamda məcburiyyət olmadığını, kimin necə istəsə, elə davrana biləcəyini də əlavə edib. Xarici ölkələrdə kitablarının paylanması ilə bağlı olaraq bunun özünün tapşırığı olmadığını, onu sevənlərin könüllü fəaliyyət kimi dəyərləndirdiyi yönündə danışmış Oktar belə işlər üçün vaxtının olmadığını, olsa da maraqlanmadığını vurğulayıb. Qeyd edək ki, Oktarla bağlı intihar olaylarında da diqqət çəkən məqam var. 2000-ci ildə Büyükçekmecede intihar etmiş Nuray Tınarın qardaşı Saleh Tınarın da Adnan Oktarın yaxın adamı olduğu öyrənilib. O, iyulun 11-də saxlanılıb. Tınarın həm də “Global” nəşriyyat şirkəti ilə əlaqəli olması faktı da mövcuddur.(Aznews.az )