Saxta yolla müəllim oldu və ŞAGİRDİNİ ZORLADI

 

 

Şagirdini zorlayan müəllim haqda ilginc faktlar - Tarix müəllimi deyilmiş

Bir neçə gün öncə Şamaxıda 15 yaşlı məktəbli qızın müəllimi tərəfindən zorlanması və 7 aylıq hamilə qalması xəbəri ölkədə şok effekti yaratdı.
Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi Elnur İbrahimov tərəfindən zorlandıqdan sonra hamilə qalmışdı və məktəbli indi hamiləliyinin 7-ci ayındadır. Neçə müddətdir ki, artıq hər kəs bu xəbərdən danışır, ekspertlər öz fikirlərini bildirir, hətta hadisəylə bağlı sosal şəbəkələrdə qızğın müzakirələr aparılır. 

Təhsil eksperti Etibar Əliyev şagirdini zorlayan şəxslə bağlı dəhşətli açıqlamalar verib: 

- Etibar müəllim, Şamaxının Pirbəhli kənd məktəbində baş verən biabırçı olaya münasibətinizi bilmək istərdik.

- Təhsi sistemləri inkişaf edən ölkələrdə müəllim seçiminə böyük diqqət yetirilir. Müəllimin bilik və bacarıqları ilə yanaşı, onların bioqrafiyaları da dərindən öyrənilir. Bioqrafiyası ləkəli olanlar bu peşəyə yaxın buraxılmırlar. Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında həbsdə olmuş, bioqrafiyası ləkəli olan 100-lərlə şəxs təhsil şöbələrinə müdir və məktəb direktorları təyin olundular. Bu hallar məktəbdə təhsil mühitinin pozulmasına gətirib çıxarırdı. Son dövrlər məktəb direktorları və müəllim seçimində pozitiv addımlar atılıb. Lakin bu bütün regionları əhatə etməlidir.
2014-cü ildə təsdiq olunmuş "Müəllimlərin etik davranış qaydaları"nda göstərilir: "Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir". Bu gün müəllimlərin böyük əksəriyyətinin bu qaydalardan xəbəri yoxdur.

Saxta yolla müəllim oldu və şagirdini zorladı


- Bu hadisədə müəllimdən başqa kimlər məsuliyyət daşıyır?

- Şamaxıda baş verən hadisə rüsvayçı hadisədir. Burada bir mühüm məsələ diqqətdən qaçmamalıdır. Elnur İbrahimov haqqında məlumatlardan görünür ki, onu qanunsuz işə qəbul ediblər. Bildirilir ki, 15 yaşlı qızı zorlayan Elnur İbrahimov Şamaxıda Kollec bitirib və Pirbəhli kəndində 4 ildir ki, tarix müəllimi işləyir. Şamaxıda 2 kollec fəaliyyət göstərir, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci. Bunların heç birində tarix ixtisası üzrə müəllim hazırlanmır. Deməli, o, məktəb üçün təsadüfi adamdır. Sual olunur ki, hansı əsaslarla onu tarix müəllimi kimi işə qəbul ediblər? Elnur İbrahimov və onu işə qəbul edənlər üçün etik davranış qaydalarının nə əhəmiyyəti ola bilər? Belə bir adamın işə qəbul olunmasında Təhsil şöbəsinin müdiri və məkəb direktoru da məsuliyyət daşıyır. Ola biməz ki, belə əxlaqsızlığa yol verən müəllimin bundan öncəki davranışları pozitiv olsun. Deməli, onun işə qəbul olunmasında nöqsanlara yol verilməsi ilə yanaşı, həm də davranışlarına göz yumulub.
Saxta yolla müəllim oldu və şagirdini zorladı


- Etibar müəllim, belə hallara yol verilməməsi üçün müəllimlərin psixoloji durumu mütəmadi yoxlanılmalıdırmı?

- Müəllim peşəsi çox böyük məsuliyyət tələb edən peşədir. Bu peşənin sahiblərinin özləri həm də psixologiya elmindən baş çıxarmalıdırlar. Ali məktəblərdə tədris olunan psixologiya fənni müəllimlərə heç nə vermir. Fənnini yaxşı bilən müəllim həm də yaxşı psixoloqdur. Əgər müəllim özünü məktəbdə idarə edə bilmirsə, onda biz şagirdə nə deyə bilərik? Məktəblərə təsadüfən düşmüş adamlar məktəbdən təcili xaric olunmalıdırlar. 

Məncə, bu istiqamətdə ciddi yoxlamalar aparmağın vaxtı çatıb. 
Məktəblərdə 100-lərlə saxta diplomla işləyən müəllimlər var. Məktəblərdə bu cür hadisələrin baş verməsinin əsas səbəblərindən biri də "Valideyn komitə"lərinin fəaliyyətsizliyidir. İndiyə qədər bu qurumun məktəblərdə nəyisə aşkar etməsindən kiminsə məlumatı varmı? Mən deyərdim ki, yox. (moderator.az)






Fikirlər