Azərbaycanda YEDDİNCİ beynəlxalq aeroport olacaq
Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq. “ AzerTaym.az” xəbər verir ki, bunu Trend-ə Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib. Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq. Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində "Yak-40" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq. “Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, - Adıgözəlov bildirib. Yeni aeroportun tikintisi dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib. "Hava limanının fəaliyyəti 1994-cü ildə dayandırılıb və o vaxtdan Gəncədə və Bakıda hava limanları üzərindən uçuşlara bilet almaq üçün kassa funksiyasını yerinə yetirir. Lakin aviareyslərin bərpası, o cümlədən turistlərin sayının artmasına səbəb olacaq", - deyə Adıgözəlov bildirib.