“HAFKA”nın klubu acınacaqlı vəziyyətdə – Bağlana bilər

hafizmemmedov7

Hazırda I divizionda çıxış edən “Bakı” klubunun vəziyyəti acınacaqlıdır.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Hafiz Məmmədovun rəhbəri olduğu idman klubu maliyyə problemləri yaşayır.

Məlumatda bildirilir ki, belə davam edərsə “Bakı” klubunu da “Xəzər Lənkəran”ın aqibəti gözləyə bilər.
Belə ki, maliyyə problemi həll olunmazsa, “Bakı” klubu da “Xəzər Lənkəran” kimi fəaliyyətini yalnız akademiya istiqamətində davam etdirəcək. Lakin akademiyanın özündə də gəlir gətirən sahələr yoxdur. Bu səbəbdən də klub rəhbərliyi sponsor axtarışındadır.
Onu da bildirək ki, klubun rəhbər şəxsləri hər dəfə yenilik etmək, uğurlu addım atmaq istəsə də, bunun üçün bəzi layihələr, iş planları hazırlasa da, hamısı fiaskoya uğrayır, “Bakı”lılar uğursuzluq zolağından çıxa bilmirlər.
Xatırladaq ki, “Bakı” klubunun vergi borcları səbəbindən vitse-prezidenti, Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədovun ölkədən çıxışına qadağa qoyulub. Amma indi onun harada olduğu bilinmir.

 






Fikirlər