380 MÜƏSSİSƏ RƏHBƏRİNƏ ÖLKƏDƏN ÇIXMAQ QADAĞAN EDİLDİ – Siyahı
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, 10 avqust tarixinə vergi borcu olduğuna görə 380 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında 10 nəfər xarici vətəndaş da var. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.