Rəis bankomatdan pul çıxaranda öldü - GÖYÇAYDA
"Azəravtoyol" ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib. Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi. AzerTaym.az "Report"a istinadən xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bankomatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib.