Vergidən yayınan iş adamları həbs edildi

Vergidən yayınan iş adamları həbs edildi

İsrail hökuməti vergidən yayınma işi üzrə ilk həbsləri həyata keçirib.
AzerTaym.az “vergiler.az” saytına istinadla bildirir ki, almaz ticarəti edən və “HSBC” bankının İsveçrə şöbəsində bəyan edilməmiş hesabları olan dörd nəfər artıq həbsxanaya salınıb.
Bu dörd israilli öz ölkəsinin vergi orqanına məlumat vermədən “HSBC” bankındakı hesaba 100 milyon şekelə yaxın (16,11 milyon funt sterlinq) pul vəsaiti qoymaqda ittiham olunur. Təl-Əviv məhkəməsi onların zaminə buraxılmasına razılıq verib.
Lakin saxlanılan şəxslərin dördü də onlara qarşı irəli sürülmüş ittihamı rədd edir.
Qeyd edək ki, İsrail qanunu İsveçrə bankında hesab açmağa yol versə də, bu zaman müvafiq orqanlara məlumat vermək və vergiləri ödəmək əsas şərtdir. İsrailin vergi orqanları 2015-ci ildən bəri “HSBC” bankında hesabı olan vətəndaşların siyahısını əldə etmək üzərində iş aparırlar.

 

 






Fikirlər