Rusiyadan gözlənilməz addım — “WhatsApp”a qadağa

Rusiyadan gözlənilməz addım — “WhatsApp”a qadağa

Rusiya hökuməti dövlət məmurlarının “WhatsApp”, “Viber” və “Telegram” tətbiqetmələri üzərindən yazışmalarına və hər hansı bir fayl göndərməsinə qadağa tətbiq edib.

Ölkə.Az xəbər verir ki, Rusiya milli təhlükəsizlik nazirliyinin tələbi ilə hökumət belə bir tədbir alıb və bu qadağaya riayət etməyənlər üçün cəzalar tətbiq ediləcək. Tətbiqetmələrdən istifadə edən məmurlar nizam-intizam komitəsi tərəfindən cəzalandırılacaq yaxud işdən qovulacaq.

Hələlik bu qadağa fərdi istifadəçilər üçün nəzərdə tutulmasa da gələcəkdə Rusiya hökuməti tərəfindən bu addımın atılacağı istisna edilmir.






Fikirlər