“Dövlətin imkanı var ki, bunu ödəsin” – “Azersun Holding”in prezidenti
Bu gün Azərbaycanın elə də böyük borcu yoxdur və dövlətin imkanı var ki, bunu ödəsin. “Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə “Azersun Holding”in prezidenti Abdulbari Goozal deyib. A.Goozalın sözlərinə görə, insanlar az da olsa keyfiyyətli məhsul almaq istəyir: “Mətbuat yeni sənayeni dəstəkləməlidir ki, onlar da güclü olub mətbuata reklam versin. Bizim sizin dəstəyinizə ehtiyacımız var”.
“Azersun Holding”in prezidenti deyib ki, qoşunların təmas xəttində baş verən hadisələrdə uğur qazanılmasında əsas vasitəçilərdən biri də təmsil etdiyi qurum olub: “Bundan əvvəl ermənilərlə baş verə hadisələr zamanı bizə tapşırdılar ki, filan yüksəkliyə ərzaq çatdırmalısız. Biz gecə ilə onu etdik və bizə medal göndərdilər”.