Samsung Galaxy Note 7 smartfonlarına növbəti qadağa
“Report” xəbər verir ki, şirkət sentyabrın əvvəlində bu smartfonların təyyarələrdə istifadəsi və ya enerjiyə qoşulmasını qadağan etmişdi. Həmin vaxt Samsung Galaxy Note 7 söndürülmüş vəziyyətdə aparmağa icazə verilirdi. “15 oktyabr 2016-cı il tarixdən etibarən isə təhlükəsizlik tədbirləri baxımından aviaşirkətin müştərilərinə Samsung Galaxy Note 7 smartfonlarını əl baqajında aparmağa icazə verilmir”, - şirkətin bu gün yaydığı məlumatda deyilir.
Qeyd edək ki, analoji qərarı bu günlərdə Amerika aviaşirkətləri də tətbiq ediblər.