Xalq şairinə danışmağa icazə verilmir
Xalq şairi Fikrət Qoca vətənə qayıdıb.
Qeyd edək ki, bir müddət öncə infarkt keçirən şairi müalicə üçün Türkiyəyə aparmışdılar.
Şairin həyat yoldaşı Raya xanım Kult.az-a verdiyi açıqlamada hazırda Fikrət Qocanın səhhətinin yaxşı olduğunu bildirib:
“İndi vəziyyəti nisbətən yaxşıdır. İnfarkt elədir ki, birdən-birə sağalmaq mümkün deyil. Müalicə alır və tədricən sağalır. Həkimlər özünü yormamağı məsləhət görüblər. Ona görə də telefonlara özü cavab vermir. Çox danışmağa da icazə vermirlər”.