Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub.

Criminal.az saytı xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub.

S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. 

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi. 

 Daxil olan məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir. 

 AzerTaym.az


Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO
Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə həyatını itirdi - FOTO

 






Fikirlər