“Ümidlərimiz doğruldu” – Xoşbəxt YUSİFZADƏ

xoshbext-yusifzade

Ötən ilin nəticələrindən danışarkən mən dekabr ayının son günlərində baş vermiş bir hadisəni – SOCAR-ın Xəzərdə 2010-cu ildə kəşf etdiyi “Ümid” yatağında 14 nömrəli yüksək hasilatlı yeni qaz-kondensat quyusunun istismara verilməsini xüsusi qeyd etmək istəyirəm”.

“APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yatağın qaz-kondensat ehtiyatlarının mənimsənilməsi və onun şimal-şərq qanadının karbohidrogen ehtiyatlarının təsdiq edilməsi məqsədilə Məhsuldar Qatın VII horizontuna qazılmış 6352 metr dərinliyində quyuya böyük ümidlər bəslənilirdi: “Çünki ilkin hesablamalara görə, karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilən “Ümid” yatağının işlənməsi çərçivəsində burada 4 özülün quraşdırılması, bu özüllərdən 19 istismar quyusunun qazılması layihəsi üzərində iş gedir. Buna görə də yeni quyudan əldə edilən məlumatların və qazmanın nəticəsinin bizim üçün böyük əhəmiyyəti var. Çox şadıq ki, yeni quyu ümidlərimizi doğrultdu. 6317-6282 metr dərinlik intervalında perforasiya işlərindən sonra quyu 12 millimetrlik ştutserlə hazırda gündə 1 mln. kubmetrə qədər qaz və 150 tona yaxın kondensat verir”.

 






Fikirlər