“20 Yanvar nə faciə, nə də CİNAYƏTDİR”

Картинки по запросу Sərdar Cəlaloğlu:

Sərdar Cəlaloğlu: “Bu bir qəhrəmanlıq salnaməsidir”

“Hər kəs bu salnamədə öz rolunu oynayıb”

Qarşıdan 20 Yanvar faciəsinin növbəti ildönümü yaxınlaşır. Maraqlıdır, rəsmi Bakı 20 yanvar faciəsinin müqəssirlərinin cəzalanması üçün öz üzərinə düşən bütün zəruri adımları atıbmı?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu 20 Yanvar hadisəsinin heç də bir faciə olmadığını vurğuladı:

“20 Yanvar hadisəsi faciə deyil. Bu, Azərbaycan xalqının milli-azadlıq hərəkatında baş verən bir qəhrəmanlıq salnaməsidir. Bu bir cinayət hadisəsi deyil ki, burada cinayətkar axtarasan.

Xalq müstəqillik əldə etmək istəyirdi. Mərkəzi hökumət isə öz hakimiyyətini saxlamaq istəyirdi. Bu, suverenlik uğrunda bir mübarizə idi. Cinayət olmadığına görə cani də yoxdur. Bu prosesdə iştirak edən insanlar öz siyasi mövqelərinə uyğun olaraq tərəf tutmuşdular. Bizim gücümüz çatdı, müstəqillik əldə etdik. Əgər gücümüz çatmasaydı, sovet hökuməti şəhid olanlardan əlavə minlərlə insanı da həbs edəcəkdi. Bu, siyasi bir məsələdir, hüquqi məsələ deyil. Ona görə də burada CPM-ni tətbiq etmək olmaz.

Inqilablar, üsyanlar, xalq hərəkatları, yeni dövlətlərin yaradılması prosesi hansı hüquqla tənzimlənir ki? Biz sovet hökumətinin konstitusiasını qüvvədən salırdıq. Müstəqil Azərbaycanda yeni qanunlar yarandı. Yeni qanunlar köhnə qanunlarla möcud olmuş hadisələr necə dəyər verə bilər? Hüquqda belə bir şey yoxdur axı?

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir və bu şəkildə də dəyərləndirilməlidir”.






Fikirlər