Üzərində Heydər Əliyevin və İlham Əliyevin rəsmi olan “iPhone”lar - 6200 AZN

bitmap-img6

"Caviar” italyan brendi üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin rəsmi olan "iPhone”lar hazırlayıblar. Smartfonlar artıq Azərbaycanda satışa çıxarılıb.

 

 AzerTaym.az.buro247.az-a istinadən xəbər verir ki, sonuncu "Supremo" kolleksiyasına daxil olan "Supremo H.Aliyev" smartfonunun hazırlanmasında qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində Ümummilli liderin rəsmi, imzası, rəsmin ətrafında isə "Müasir Azərbaycanın yaradıcısı" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsulu ilə işlənib. Smartfonlar bu il 24-cü ildönümü qeyd ediləcək Milli Qurtuluş Gününün yaradıcısı olan Ümummilli liderin şərəfinə hazırlanıb. Limitli "Supremo H.Aliyev" smartfonu məhdud sayda - cəmi 24 ədəd satışa çıxarılıb. Bu telefon müştərilərə 6000 AZN-ə təklif olunur. 
Digər "Supremo" kolleksiyası olan "Supremo I.Aliyev" smartfonunun hazırlanmasında da qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində dövlət başçısının rəsmi, imzası, rəsmin ətrafında isə "Azərbaycan Respublikasının Prezidenti" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsülu ilə işlənib. Ötən il 55 illik yubileyini qeyd etmiş prezidentin şərəfinə həsr olunmuş bu limitli smatfonlar məhdud sayda - 55 ədəd satışa çıxarılıb. Bu smartfonun qiyməti 6200 AZN-dir.
"Caviar" brendinin Azərbaycana həsr etdiyi modellərdən biri də "Atlante" kolleksiyasına daxil olan "Atlante Azerbaijan" smartfonudur. Bu modelin hazırlanmasında Perla Penna zərgərlik emalatxanasının ustaları qara alliqator dərisindən istifadə ediblər, onun üzərində isə titandan olan Azərbaycan Respublikasının gerbi əks olunub. "Atlante Azerbaijan" smartfonu limitli olaraq 33 sayda satışa çıxarılıb və qiyməti 5500 AZN-dir.






Fikirlər