Tərtərdə şəhid ailəsinin evi yanıb - FOTO - VİDEO

Ümumilikdə ev sahibinə 30 min manat ziyan dəyib

Tərtərdə şəhid ailəsinin evi yanaraq kül olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seydimli kəndində baş verib. 33 yaşlı Məmmədov Elmin Asif oğluna məxsus ev elektrik naqilindəki qısaqapanma nəticəsində yanaraq külə dönüb. Alov o qədər güclü olub ki, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə dərhal FHN-in Yanğından Mühafizə Qrupunun canlı qüvvəsi və 4 yanğınsöndürən maşını cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb. 

Qeyd edək ki, ümumilikdə ev sahibinə 30 min manat ziyan dəyib.AzerTaym.az

Faktla bağlı araşdırma aparılır.






Fikirlər