BAKIDA tanınmış HƏKİMİN evini soydular – Həyat yoldaşına İŞGƏNCƏ VERİBLƏR
Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar. Axar.az xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib. Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.