Bu günün hava proqnozu
AzerTaym.az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək. Temperaturun gecə 8-11°, gündüz 14-18°, Bakıda gecə 9-11°, gündüz 16-18° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 65-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi 3-8 m/s sürətlə əsəcək. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperaturun gecə 2-7°, gündüz 14-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperatur gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s sürətlə əsəcək. Temperatur gecə 5-10°, gündüz 13-18° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Şərq küləyinin sürəti saatda 3-8 m olacaq. Temperatur gecə 7-10°, gündüz 15-17°, dağlarda gecə 0-5°, gündüz 10-15° isti təşkil edəcək.