Polkovnikin səhhətində problem yarandı: RUSİYAYA GETDİ

Polkovnikin səhhətində problem yarandı: Rusiyaya getdi

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun səhhətində problemlər yaranıb.

"AzerTaym.az" ölkə.az-a istinadən xəbər verir ki, bu barədə polis polkovnikinin oğlu Malik Əsədov məlumat verib. Onun sözlərinə görə, V.Əsədov iki gün bundan əvvəl məzuniyyətə çıxaraq ölkəni tərk edib.

“Atam məzuniyyətə çıxıb. Səhhətində problemlər olduğu üçün Rusiyanın paytaxtı Moskva şəhərinə müalicəyə gedib. Qardaşım onunla danışdı. Şükürlər olsun ki, hər şey qaydasındadır. Hazırda analizlərini verir”, - deyə bildirib.

M.Əsədov əlavə edib ki, atası profilaktik olaraq müalicə kursu keçir: “Analizlərin cavablarına uyğun olaraq. Həkimlərə müalicə təyin edəcəklər. Sentyabrın 18-də isə o, yenidən işinin başına qayıdacaq”.

Qeyd edək ki, bu ilin aprel ayında da V.Əsədovun səhhətində problemlər yaranmışdı. O, bir müddət xəstəxanada müalicə almalı olub. Özü isə bununla bağlı açıqlama verərkən bildirmişdi ki, səhhətində ciddi problme yoxdur:

"Əslində ciddi bir şey yoxdur. Hamı kimi mənim də arada tibbi müayinəyə ehtiyacım var. Heç bir xəstəliyim yoxdur. Sadəcə həkimlər üzərimdə profilaktik tədbirlər görürlər”.






Fikirlər