Anar Məmmədlinin səhhətində problemlər yaranıb
Dekabrın 4-də ailə üzvləri 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusu Anar Məmmədli ilə görüşüblər. Bu barədə onun atası Asəf Məmmədov məlumat verib. Onun dediyinə görə, Anar Məmmədlinin əhval-ruhiyyəsi yaxşıdır. A.Məmmədov deyib ki, oğlunun səhhətində problemlər yaranıb: “Anar səhhətində problemlər yarandığını dedi. Xüsusən də, mədə ağrılarından əziyyət çəkir. Bir ay öncə o, Penitesiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində müayinə olunub. Saxlanma şəraitindən narazıçılığı yoxdur. Ancaq cəzaçəkmə müəssisəsində istilik, elektrik və su fasilələrlə verilir. Küləkli, soyuq havalarda bu problemlər mütamadi olaraq yaşanır”, deyə vicdan məhbusunun atası bildirib. Meydan TV