7 saylı Cəzaçəkmə Müəssisəsində kütləvi dava - Xəsarət alanlar var

 

 
Bakıdakı cəzaçəkmə müəssisələrindən birində məhbuslar arasında kütləvi dava düşüb.
 
Bu barədə “Report”a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. 
 
Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib. Davaya digər məhbuslar da qarışıb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.






Fikirlər