AXCP fəalı Asif Yusifli 4 ay müddətinə həbs edilib

AXCP fəalı Asif Yusifli 4 ay müddətinə həbs edilibAXCP Ali Məclisinin prezidium üzvü Asif Yusifliyə qarşı fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması ittihamı irəli sürülüb.

Bu gün Nərimanov rayon məhkəməsi onu 4 ay müddətinə həbs edib. Bu barədə Turan-a AXCP rəhbərinin müşaviri Məmməd İbrahim bildirib.

Məhkəmənin qərarını telefonla dövlət vəkili bildirib. İstintaqı DİN MCMBİ aparır.

Məmməd İbrahim ittihamları uydurma və siyasi motivli hesab edir.






Fikirlər