Somalidəki terrorda ölənlərin sayı 189 NƏFƏRƏ ÇATDI..

Ötən gün Somalidə törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.

 Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Moqadişodakı partlayışda 189 nəfər ölüb, 200 nəfər yaralanıb.

Qeyd edək ki, mehmanxanalardan birinin binası yaxınlığında minalanmış yük maşını partladılıb. Bu, son illər Somalidə törədilmiş ən böyük terror aktlarından biridir. Bəzi məlumatlara görə, ərazidə ən azı iki partlayış baş verib. Hücuma görə heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

 






Fikirlər