Mirvari Qəhramanlı da İFADƏ VERDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” İnternet Televiziyasının rəhbərli Əziz Orucovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə şahidlər ifadə verib. “Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzi”nin rəhbəri Mirvari Qəhrəmanlı ifadə verərək deyib ki, Ə.Orucovun rəhbəri olduğu “Kanal 13” televiziyası ilə əməkdaşlıq edərək hüquqi maarifləndirici verilişlər hazırlanıb: “Üç dəfə olmaqla, 1450 manat ödəniş ermişəm, qəbzləri də istintaqa təhvil vermişəm. “Qafqaz Media Mərkəzi” ilə isə əməkdaşlıq etməmişəm, o təşkilatın rəhbəri Anar Orucov olub”.