Prokuror həbsdə olan jurnalistə CƏZA İSTƏDİ
"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucovun növbəti məhkəməsi keçirilib. Musavat.com xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən jurnalistin məhkəməsinə hakim Mirzə Xankişiyev sədrlik edib. Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Ə.Orucova cəza istəyib. Dövlət ittihamçısı Ə.Orucovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ə.Orucovun vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.