Siqaretlə bağlı qanun qüvvəyə mindi - Beyləqanda CƏRİMƏRLƏR YAZILIR

Liftdə siqaret çəkənlərə kim nəzarət edəcək?

 Bu il dekabrın 1-də "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayancaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə tütün çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar sitisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Modern.az-a daxil olan məlumata görə, artıq Beyləqanda işlək hala gətirilib.Belə ki, şəhərdə qadağan olunmuş yerlərdə, xüsusilə də kafe və restoralarda siqarte çəkmək qadağandır.Qadağanı pozanlar İnzibati Xətalr Məcəlləsinə əsasən cərimələnir.

 İnzibati Xətalar Məcəlləsində siqaretin çəkilməsi qadağan olunan yerlərdə çəkilməsinə görə aşağıdakı cərimələr nəzərdə tutulur:

Maddə 212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə- vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

 Maddə 299. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə - yüz manat məbləğində cərimə edilir.

 Maddə 305. Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə- qırx manat məbləğində cərimə edilir.

 Maddə 318. Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkmə Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə- qırx manat məbləğində cərimə edilir.

 Qanunun qəbul olunması təqdirəlayiqdir. Bəs qanunun ölkə ərazisində tam olaraq tətbiqi mexanizminə kim nəzarət edəcək?

 Modern.az-ın sualını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

Parlament üzvü deyib ki, qanunun işlək hala gətirilməsi üçün maarifləndirmə təbdbirləri genişləndirilməlidir:

“Televiziya kanalları, qəzetlər, saytlar bu barədə təbliğat aparmalıdır. Əhali təqdim edilən siyahı ilə yaxından tanış olmalıdır. Yaxşı olar ki, parlamentin Əmək və əhalinin sosial komitəsinin üzvləri KİV-lər vasitəsilə çıxışlar etsinlər”.

Deputat, qanun tam işlək hala gətirilənə qədər müəyyən çətinliklərin olacağını istisna etməyib:

Bunlar müvəqqəti çətinliklər olacaq. İnsanlar artıq başa düşəcək ki, harada siqaret çəkmək olar, harada çəkmək olmaz. Bildiyiniz kimi, siqaretin çəkilməsi qadağan olunan yerlərlə bağlı İnzibati Xətalar Məcəlləsində də müddəalar var. Amma məncə əsas diqqət cərimələrə yox, əhalinin maarifləndirilməsinə yönəldilməlidir”.






Fikirlər