Şəhid Milli Qəhrəmanın doğum günü...

Şəhid Milli Qəhrəmanın doğum günü... Bu gün Azərbaycanın Milli Qəhrəmanı mayor Elman Hüseynovun şəhid olmasının 21-ci il dönümüdür.
Azərbaycanın Milli Qəhrəmanı Batalyon komandiri, mayor Hüseynov Elman Süleyman oğlu 1993-cu il 15 yanvar tarixində torpaqlarımızın müdafiəsi zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində, 1968-1973-cü illərdə isə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb. Elman Hüseynov 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində leytenant, baş leytenant rütbəsində zabit kimi xidmət edib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, Qarabağda baş verən hadisələrdən sonra 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib və 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi təyin olunub. 12 noyabr 1991-ci ildə Müdafiə Nazirinin müvafiq əmri ilə yaradılan Tərtər ərazi özünümüdafiə batalyonunun (813 saylı əlahiddə hərbi hissənin) komandiri təyin olunub. Qısa zaman ərzində Tərtər rayonunun və ətraf sərhəd kəndlərinin müdafiəsi üzrə mühüm strateji postların yaradılmasını təşkil edib. Elman Hüseynov torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb və 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

1995-ci il yanvarın 15-də ölkə prezidentinin 262 saylı fərmanı ilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin qorunmasında, vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi igidliyə, şəxsi şücaətə və misilsiz xidmətlərinə görə mayor Hüseynov Elman Süleyman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Allah rəhmət eləsin!







Fikirlər