Bakıda köməksiz qalan AZYAŞLI xilas edildi
Bakının Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.
Əməliyyat başa çatıb.
AzerTaym.az