“McDonalds”ın hamburgerindən siçovul quyruğu çıxıb
Çili məhkəməsi məşhur “McDonalds” restoranını cərimələyib. Azertaym.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məhkəməninin belə bir qərarı qəbul etmə səbəbi restoranın Çilidə yerləşən bölməsində müştərilərdən birinə təqdim olunan hamburgerin içindən siçovul quyruğu tapılması olub.
Açıqlı müştəri restoranı məhkəməyə verib. Məhkəmə müştərinin şikayətini təmin edərək “McDonalds”-a 3,8 min dollar məbləğində cərimə kəsib. Restoran sahibləri isə məhkəmə qərarı ilə razılamayaraq apellyasiya şikayət verəcəklərini bəyan ediblər.