Azərbaycanda yol POLİSLƏRİ arasında QANLI DAVA - Biri bıçaqlandı

Azərbaycanda yol polisləri arasında qanlı dava

Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

AzerTaym.azcriminal.az-a istinadən xəbər verir ki, Rayon Yol Polisi Şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb.

O, ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Xəstəxananın baş həkimi Əli Məmmədov bildirib ki, N.Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub.

Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.






Fikirlər