“Mən bunu bir təxribat cəhdi hesab edirəm” - Dövlət Baytarlıq Xidmətinin rəisi
Modern.az xəbər verir ki, xidmət rəisi öncə qeyd edib ki, sosial şəbəkələrdə yayılmış məlumatın heç bir əsası yoxdur. Bu, ancaq ictimaiyyət arasında narahatlıq yaratmağa xidmət edir.
Xidmət rəisi qeyd edib ki, Azərbaycan Respublikası 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların Mühafizəsi haqqında” Qanun qəbul olunub. Bundan əlavə 2011-ci ildə Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib. Azərbaycan Respublikasında bütün bu qeyd edilən qanun və qaydalara riayət olunur.
S.Rüstəmova 2014-cü ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparıldığını bildirib və qeyd edib ki, cari ildə isə bu işləri davam etdirməklə yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Azərbaycanda ilk dəfə oral üsulu ilə vəhşi təbiətdə immunizasiya aparılacaq.
“Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətində çevik dəstələr yaradılaraq xəritələr hazırlandığnı vurğulayan xidmət rəisi qeyd edib ki, həmin xəritələrə uyğun olaraq Abşeron yarımadası, Balakən, Şəki, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarının meşə zonalarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində, şəhərətrafı ərazilərdə, küçələrdə sahibsiz və vəhşi təbiətdə olan heyvanlarda oral immunizasiya aparılacaq. Mən şəxsən bu görüntüləri ölkəmizə, Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə, birinci yay Avropa Oyunlarına qarşı bir təxribat törətməyə cəhd hesab edirəm. Belə görüntülərin heç bir əsası yoxdur”.
Brifində jurnalistlərin digər sualları cavablandırılıb.