ŞOK: XANƏNDƏLƏR QƏZADA ÖLMƏYİB! – Biri qətlə yetirilib, digəri oğurlanıb!
Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub. Bərdə Rayon Prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub. Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. *** Qəzada faciəvi şəkildə dünyasın dəyişən Novruz Hüseynovdan fərqli olaraq Miriyusif Mirizadə ailəli idi. Onun bu yaxınlarda övladı dünyaya gələcək. /milli.az
Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.
2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda qəzaya düşüblər. Hər iki gənc xanəndə dəhşətli qəza zamanı həlak olublar.