“Vəfat edən” xanəndə açıqlama verdi
“Hazırda özümü yaxşı hiss edirəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın xalq artisti, görkəmli xanəndə Ağaxan Abdullayev deyib.
"Səhhətimlə əlaqədar Türkiyəyə müayinə və müalicəyə getmişdim. Şükür Allaha, indi özümü yaxşı his edirəm. Səsimdə problemlər var. Amma həkimlər düzələcəyini deyiblər. Bu axşam Muğam Müsabiqəsində iştirak edəcəm. Axı mən müsabiqədə münsiflər heyətinin üzvüyəm. Bakıda olmadığıma görə, Muğam Mərkəzinə gedə bilmirdim, bu gün inşaallah gedəcəm", - A.Abdullayev əlavə edib.
Xatırladaq ki, ötən gün xalq artistinin dünyasını dəyişməsi ilə bağlı xəbərlər yayılıb.