01.09.2014- Qızı R.Əzizbəylinin durumu barədə açıqlama verdi
Bunu APA-ya açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.
Onun sözlərinə görə, aktyorun vəziyyəti normal qiymətləndirilir: “Getdikcə səhhətində irəliləyiş var, tədricən yaxşılaşır. Müalicəsi evdə davam edir, müayinədən keçmək lazım gələndə xəstəxanaya aparırıq”.
C.Əzizbəyli əlavə edib ki, xalq artistinin nitqi tam bərpa olunmayıb: “Nitqində hələ də problemlər var, rabitəsizlik olur. Bunun tam bərpa olunması üçün zaman lazımdır. Müalicəsi davam etdikcə, ümid edirəm, hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib. Bir müddət əvvəl onun xilası üçün kampaniyaya başlanıb.